Şriftin ölçüsü :

Saytın rəngi :

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

30 may 2025 | 16:01

Xızı Rayon İcra Hakimiyyətinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin Xızı rayonu üzrə nümayəndələrinin təşkilatçılığı, Abşeron-Xızı Regional Təhsil İdarəsi Xızı şəhər və Yeni Yaşma kənd tam orta məktəblərinin, Xızı şəhər Uşaq bağçasının iştirakı ilə 30 may 2025-ci il tarixində Xızı rayonunda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib.

Xızı şəhər tam orta məktəbində təşkil olunmuş tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zaur Zeynallı 1 iyun -Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə uşaqları təbrik edərək onlara göstərilən diqqət və qayğıdan danışdı. O qeyd etdi ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü uzun illərdir bütün dünyada qeyd olunur  və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir.

Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Fətulla Əliyev uşaqları təbrik edərək bildirdi ki,  Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Bununla yanaşı, o, Heydər Əliyev Fondunun ölkəmizdə uşaqların mənafelərinin qorunması, onların təhsil və səhiyyə hüquqlarının təmin edilməsi sahəsində həyata keçirdiyi layihələrdən də bəhs etdi. Daha sonra əlavə etdi ki, respublikamızın hər yerində olduğu kimi Xızı rayonunda da bu sahəyə xüsusi diqqət yetirilir. Uşaqlarımızın normal yaşaması, onların təhsili, sağlamlığı və əyləncəsini təşkil etmək üçün müvafiq şərait yaradılıb. Rayonumuzda uşaqların hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Tədbir uşaqların iştirakı ilə təşkil olunmuş ədəbi-bədii konsert proqramı ilə davam edib.

Keçidlər