Xızı rayonunda "Xocalı soyqırımı"nın 27-ci ildönümü ilə əlaqədar konfrans keçirilmişdir.
Xızı rayonunda Heydər Əliyev Mərkəzinin Konfrans zalında "Xocalı soyqırımı"nın 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. İlk olaraq Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Jalə Süleymanova çıxış edərək bildirib ki, ötən əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımı yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdəndir. Bu dəhşətli cinayətin iştirakçıları öz cəzalarını mütləq alacaqlar. Biz inanırıq ki, Xocalı soyqırımı bəşəriyyət tərəfindən layiqli qiymətini alacaq və öz doğma torpaqlarından didərgin düşmüş insanlar yurd-yuvalarına qayıdacaqlar.
Daha sonra digər çıxışçılar Xocalıda baş verən qanlı faciələrdən və yaranma səbəblərindən danışmışlar. Sonda isə konfrans iştirakçılarına "Xocalı soyqırımı" ilə əlaqədar sənədli film nümayiş etdirilmişdir.