Şriftin ölçüsü :

Saytın rəngi :

"Novruz" bayramı Xızı rayonunda da qeyd edilmişdir.

18 mart 2019 | 16:00

     Xızı rayonunda Azərbaycan xalqının milli adət-ənənələrini özündə birləşdirən Novruz bayramı ilə əlaqədar olaraq tədbir keçirilmişdir.
Tədbirdə Xızı rayon Musiqi Məktəbinin müəllim və şagird kollektivinin rəngarəng musiqiləri alqışlarla qarşılanmışdır.
R.İsmayılov adına Xızı şəhər orta məktəbinin və Mikayıl Müşfiq adına Giləzi qəsəbə orta məktəbinin  şagirdlərinin ifasında Novruz adətlərinə həsr olunmuş, çərşənbələr   haqqında rəvayətlər, şeirlər səslənmişdir.
Novruzun atributları sayılan Kosayla Keçəlin məzəli tamaşası,”Bahar qızı”nın təbrikləri və rəqslər şənliyimizə bir az da bayram abu-havası qatmışdır.

 

 

 

 

 

 

 

Keçidlər