Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunun məktəbliləri "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində cənub bölgəsinə yola düşüblər.

23 mart 2019 | 16:00

 Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan, gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya Xızı rayonunun məktəbliləri də qoşulublar. Martın 23-də şəhər ümumtəhsil məktəblərinin 40 şagirdindən ibarət qrup Lənkaran - Masallı - Astara marşrutu üzrə yola düşüblər.
    Layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu ekskursiyalar ölkәmizin tarixini dәrindәn öyrәnmәklә bərabər, gәnclәrimizә ümummilli lider Heydәr Әliyevin rәhbәrliyi ilә milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәrlә, Azәrbaycan Prezidenti İlham Әliyevin hәyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hәr bir şәhәr vә rayonun nümunәsindә tanış olmaq imkanı yaradır.Məktəblilər və uşaqlarını yola salan valideynlər belə bir möhtəşəm tur-aksiyanın təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.

    Sonra Xızı məktəbliləri avtobusla ekskursiyaya yollanıblar.

 

 

 

 

Keçidlər