Xızı rayonunda ot-taxıl biçini zamanı və meşələrdə yanğın təhlükəsizliyi qaydalarına riayət olunması ilə bağlı Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən seminar-müşavirə keçirilmişdir.
06 may 2019 | 16:00
Xızı Rayon Mərkəzi Xəstəxanasının akt zalında ot-taxıl biçini zamanı və meşələrdə yanğın təhlükəsizliyi qaydalarına riayət olunması ilə bağlı Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəhbərliyi tərəfindən seminar-müşavirə keçirilmişdir. Seminar-müşavirədə Xızı rayon bələdiyyələri, İcra nümayəndələri, Qaz İstismar İdarəsi, Azərişıq ASC, sahibkarlar və rayonun digər idarə, müəssisə və təşkilat nümayəndələri iştirak etmişlər.
Çıxışçılar mövzu ətrafında öz çıxışlarını seminar iştirakçılarının diqqətinə çatdırmışlar.