Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunun Fındığan kəndində səyyar qəbul keçirilmişdir

08 may 2019 | 16:00

    Xızı Rayon İcra Hakimiyyətinin başçısı cənab Xəzər Aslanovun növbəti səyyar qəbulu 08 may 2019-cu il tarixdə rayonun Fındığan kəndində keçirilmişdir. Qəbulda Xızı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri  iştirak etmişdir.

     Əvvəlcə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Xəzər Aslanov kənddə görülmüş işlər, vətəndaşların problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.

     Daha sonra vətəndaşların müraciətləri dinlənilmiş, İcra Hakimiyyətinin başçısı tərəfindən onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar  verilmişdir.

 

Keçidlər