Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar bayram tədbiri keçirilmişdir.

10 may 2019 | 16:00

    Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür. Bu tarixlə bağlı ölkənin bütün bölgələrində və dünyanın bir çox ölkəsində tədbirlər keçirilir. O cümlədən Xızı rayonunda da  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü  ilə əlaqədar bayram tədbiri keçirilmişdir. Xalqımızın xilaskar oğlunun hər doğum günündə olduğu kimi, bu il mayın 10-da da Xızı Rayon İcra Hakimiyyətinin başçısı cənab Xəzər Aslanov başda olmaqla İcra Hakimiyyətinin kollektivi, hüqüq-mühafizə orqanları, idarə müəssisə və təşkilatların kollektivləri,  rayon ictimaiyyətinin çoxsaylı nümayəndələrinin iştirakı ilə Xızı şəhərində yerləşən Heydər Əliyev parkına üz tutaraq Ulu öndər Heydər Əliyevin abidəsi önünə təzə-tər güllər qoyulmuş, əziz xatirəsi dərin ehtiramla yad edilmiş, ruhuna dualar oxunmuşdur.Daha sonra isə tədbir Xızı rayonu Heydər Əliyev Mərkəzində bayram konserti ilə davam edib.

Keçidlər