Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda Mikayıl Müşfiq muzeyində şairimiz Mikayıl Müşfiqin anadan olmasının 111 illiyi ilə əlaqədar olaraq tədbir keçirilmişdir

05 iyun 2019 | 16:00

05 iyun 2019-cu il tarixdə Xızı rayonu Mikayıl Müşfiq muzeyində şairimiz Mikayıl Müşfiqin anadan olmasının 111 illiyi ilə əlaqədar olaraq tədbir keçirilmişdir. Tədbiri  giriş sözüylə Xızı rayon İcra Hakimiyyəti Başçısının müavini Jalə Süleymanova açaraq Müşfiq yaradıcılığından bəhs etmiş, tədbirin gedişatına uğurlar arzulamışdır.
Daha sonra çıxış edənlər  öz çıxışlarında Müşfiq yaradıcılığının zirvələrindən geniş söhbət açdılar.
Daha sonra tədbir şeirli-musiqili ədəbi-bədii poeziya hissəsi ilə kimi davam etdi. Tədbir boyu Uşaq Musiqi Məktəbinin müəllim kollektivinin ifasında Mikayıl Müşfiqin sözlərinə bəstələnmiş musiqilər ifa olundu, Şagirdlərinin ifasında Mikayıl Müşfiqin ölməz əsərləri səsləndirildi, Müşfiqin “Şəngülüm, Şüngülüm, Məngülüm” mənzum nağılına əsasən hazırladıqları tamaşa göstərildi.

Keçidlər