Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilmişdir.

14 iyun 2019 | 16:00

Bu gün Xızı rayonunda Milli Qurtuluş Günü ilə əlaqədar bayram konserti keçirilmişdir. İlk olaraq  Xızı Rayon İcra Hakimiyyətinin başçısı cənab Xəzər Aslanov başda olmaqla İcra Hakimiyyətinin kollektivi, hüqüq-mühafizə orqanları, məhkəmə, idarə müəssisə və təşkilatların kollektivləri,  rayon ictimaiyyətinin çoxsaylı nümayəndələrinin iştirakı ilə Xızı şəhərində yerləşən  Heydər Əliyev parkında Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyulmuş, əziz xatirəsi dərin ehtiramla yad edilmişdir. Daha sonra isə tədbir Xızı rayonu Heydər Əliyev Mərkəzində bayram konserti ilə davam etmişdir.

Keçidlər