Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda məktəb direktoru yubiley medalı ilə təltif olunub

16 iyul 2019 | 16:00

   Xızıdan M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbin direktoru Svetlana Rüstəmova “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. Medalı  Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov  təqdim edib.
Mərasimdə çıxış edən Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov Svetlana Rüstəmovanı  təbrik edib, ona iş fəaliyyətində uğurlar arzu edib.
    Giləzi qəsəbə tam orta məktəbin direktoru Svetlana Rüstəmova rayon ziyalıları adından ölkə rəhbərliyinə öz minnətdarlığını bildirib. O qeyd edib ki, göstərilən bu etimad, onun üzərinə həm də çox böyük məsuliyyət qoyur, bu, tək ona yox, bütövlükdə Xızı ziyalılarına verilən dəyərdir. “Göstərilən etimadı bundan sonra da doğrultmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik” – deyə o, vurğulayıb.
Çıxışlardan sonra Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov medalı sahibinə təqdim edib.

 

Keçidlər