Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda qanvermə aksiyası keçirilmişdir

28 avqust 2019 | 16:00

   Heydər Əliyev Fondunun təşəbbüsü və Səhiyyə Nazirliyinin,  Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılıgı ilə Rayon Mərkəzi Xəstəxanasında talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədi ilə qanvermə aksiyası keçirilib. Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiyada təhsil, səhiyyə, mədəniyyət işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə və təşkilatların nümayəndələri, könüllülər iştirak ediblər. Onlar əvvəlcə tibbi müayinədən keçiblər. Daha sonra Səhiyyə Nazirliyinin Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının həkim briqadası donorlardan qan götürüb. 

Keçidlər