Şriftin ölçüsü :

Saytın rəngi :

18 oktyabr-Dövlət müstəqilliyinin 28-ci ildönümü ilə bağlı Xızı rayonunda tədbir keçirilmişdir.

18 oktyabr 2019 | 16:00

    Xızı rayonunun Heydər Əliyev Mərkəzinin konfrans zalında  18 oktyabr - Dövlət müstəqilliyinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Jalə Süleymanova çıxış edərək  XX əsrin sonunda Azərbaycanın dövlət müstəqilliyinin elan olunması, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimizin qorunub saxlanması uğrunda apardığı qətiyyətli mübarizə və ölkəmizin əldə etdiyi uğurlar barədə danışdı.

Daha sonra çıxış edən rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tünzalə İmranova, Rayon Gənclər və İdman İdarəsinin rəis əvəzi Elyanar Hüseynov mövzu ətrafında çıxış etdilər.

Sonda Xızı şəhər uşaq bağçasının körpə fidanlarının ifasında şeirlər səsləndirildi.

 

Keçidlər