Xızı rayonunda "9 noyabr Dövlət Bayrağı günü" ilə əlaqədar tədbir keçirilmişdir.
Xızı rayonu Heydər Əliyev Mərkəzində "9 noyabr Dövlət Bayrağı günü" ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Jalə Süleymanova çıxış edərək bildirmişdir ki, bu gün Azərbaycanda Dövlət Bayrağı günüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Digər çıxışçıların mövzu ətrafında nitqlərindən sonra R.İsmayılov adına tam orta məktəbin şagirdləri tərəfindən ədəbi-bədii kompozisiya ilə davam etmişdir. Sonda tədbir iştirakçılarının iştirakı ilə yürüş keçirilmişdir.