Şriftin ölçüsü :

Saytın rəngi :

"Azərbaycan Könüllülük Həftəsi" çərçivəsində "Könüllülər: inkluziv gələcək üçün" mövzusunda dəyirmi masa keçirilmişdir.

04 dekabr 2019 | 16:00

04 dekabrda Heydər Əliyev Mərkəzində Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  "Azərbaycan Könüllülük Həftəsi" çərçivəsində "Könüllülər: inkluziv gələcək üçün" mövzusunda dəyirmi masa  keçirilmişdir. Tədbiri RİHB-nın müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Jalə Süleymanova giriş sözü ilə açaraq Müasir Azərbaycanda könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişinin ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu, bu siyasətin davamı olaraq prezidentimiz İlham Əliyevin  uğurlu fəaliyyətini, onun bu il Azərbaycan Gənclər Gününə həsr olunmuş respublika toplantısındakı nitqində gənclərin dövlət qurumları tərəfindən könüllü fəaliyyətinə cəlb olunmasını tövsiyə etməsini və bu çağırışa uyğun olaraq bir çox dövlət qurumlarının, o cümlədən Xızı RİH-nin nəzdində könüllü qruplarının təsis edilməsini qeyd etmişdir. Mövzu ilə bağlı Xızı RİH-in Könüllülərlə iş üzrə koordinatoru Mövlam Rüstəmli çıxış etmişdir. Sonda Beynəlxalq Könüllülər Günü ilə bağlı videoçarx nümayiş etdirilmişdir.

 

Keçidlər