Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir

06 dekabr 2019 | 16:00

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım  Əliyevanın təşəbbüsü ilə dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda 650 min ağacın əkilməsi təklifi irəli sürülmüşdür. Bu münasibətlə Xızı Rayon İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  birgə təşkilatçılığı ilə 06.12.2019-cu il tarixində Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində 6000  müxtəlif ağac növləri əkilib. Ağacəkmə aksiyasında Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun rəhbərliyi ilə rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat kollektivləri, YAP   rayon təşkilatının üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon gəncləri iştirak ediblər. Aksiya zamanı əkilən tinglərin dibləri bərkidilib və suvarılıb.  Kütləvi ağacəkmə aksiyasında  əsasən  sərv, göyrüş, küknar, tuya, qarağac  və s. ağaclar əkilib. Ağacəkmə aksiyası konsert proqramı ilə keçirilmişdir. Xızı Rayon İcra Hakimiyyətinin başçısı aksiya iştirakçılarına yeni əkilmiş ağacların yaxşı inkişaf etməsi üçün daim  qulluq etmələrini tövsiyyə etmiş və rayon ərazisində yaşıllıqların qorunmasında hər bir sakinin rolunun vacib olduğunu diqqətə çatdırmışdır. 

 

 

Keçidlər