Şriftin ölçüsü :

Saytın rəngi :

“15 iyun – Milli Qurtuluş Günü Azərbaycanın taleyini dəyişən zəfər tarixidir” adlı tədbir təşkil olunub.

14 iyun 2024 | 15:12

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan, onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsasının qoyulduğu günlərdən biri tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik əsl qurtuluş tarixidir. Heydər  Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası həm Azərbaycanda, həm də bütün dünyada yaşayan soydaşlarımızın ümummili mənafelər çərçivəsində bir araya gəlməsi üçün  fundamental baza rolunu oynayıb. Azərbaycanın bu gün bütün dünyada özünəməxsus milli-mənəvi keyfiyyətlərə, adət-ənənələrə, mədəni dəyərlərə malik ölkə, qüdrətli sənaye respublikası, yüksək intelektual səviyyəsi ilə bütün müsəlman şərqinə örnək olan müstəqil ölkə kimi tanınması məhz Ulu Öndər Heydər Əliyevin  misilsiz fəaliyyətinin nəticəsidir.

Milli qurtuluşumuzun əsasının qoyulduğu 15 iyun tarixi Respublikanın bütün bölgələrində olduğu kimi, Xızı rayonunda da hər il böyük təntənə ilə qeyd olunur.

14 iyun 2024-cü il tarixində Xızı rayonunda  Xızı Rayon İcra Hakimiyyətinin və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçığı ilə  “15 iyun – Milli Qurtuluş Günü Azərbaycanın taleyini dəyişən zəfər tarixidir” adlı tədbir təşkil olunub. İlk öncə, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Xızı Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin Xızı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzərək Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbir Heydər Əliyevin adını daşıyan mərkəzi parkda təntənəli konsert proqramı ilə davam edib.

 

Keçidlər