Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun - Milli Qurtuluş Günü Xızı rayonunda böyük coşqu ilə qeyd olunub. Tədbirdə rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

15 iyun 2022 | 11:35

15 iyun - Milli Qurtuluş Günü  Xızı rayonunda böyük coşqu ilə qeyd olunub. Tədbirdə rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
     İlk öncə Xızı Rayon İcra Hakimiyyətinin başçısı cənab Xəzər Aslanov, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları və digər idarə və müəssisələrin kollektivləri, eləcə də rayon ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyəti hörmət və ehtiramla yad ediblər. Daha sonra Heydər Əliyev Mərkəzinin qarşısında Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilmişdir. Bayram tədbirində vətənpərvərlik ruhunda yazılmış mahnılar səsləndirilmiş, konsert tədbir iştirakçıları tərəfindən yüksək coşqu ilə qarşılanmışdır.

Keçidlər