15 may "Beynəlxalq Ailə Günü" ilə əlaqədar Xızı şəhər tam orta məktəbində görüş keçirilib.
Xızı Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Abşeron - Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində 14 may 2025-ci il tarixində Xızı şəhər tam orta məktəbində “Sağlam gənclik və sağlam ailə” mövzusunda tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd 15 May "Beynəlxalq Ailə Günü" ilə əlaqədar gənclərə və gənc ailələrə psixoloji dəstəyin verilməsi, ailə institunun gücləndirilməsi və milli-mənəvi dəyərlərinin təbliği, cəmiyyətin diqqətini ailə məsələlərində narahatlıq doğuran amillərə yönəldilməsi məqsədilə maarifləndirmə işlərinin aparılmasıdır.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzuya uyğun videoçarx nümayiş etdirilib.