15 sentyabr - Bilik Günü münasibətilə Xızı rayonunda da bayram tədbirləri keçirilib.
2004-cü il avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti lham Əliyev ölkənin təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsi və ümumilikdə təhsil sisteminin təkmilləşdirilməsi məqsədilə fərman imzalamışdır.
“Azərbaycan Respublikasında “Bilik Günü”nün təsis edilməsi və təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması haqqında həmin fərmana əsasən, hər il bu tarix ölkənin bütün təhsil müəssisələrində bayram kimi qeyd edilir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən layihələr sayəsində təhsil sistemi ölkənin ümumi inkişaf strategiyasının əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu gün ölkəmizdə təhsilin kefiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılır.
Xızı rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəb direktorları, müəllimlər və valideynlər iştirak etmişlər.
Rəsmilər çıxışlarında Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışıblar. Bildirilib ki, təhsilin inkişafında Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işlər əvəzsizdir.
Çıxış edənlər şagirdləri və müəllimləri yeni dərs ili münasibətilə təbrik edərək onlara uğurlar arzulayıblar.
Sonda ilk zəng çalınıb və şagirdlər yeni dərs ilinə başlayıblar.






