Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı Xızı rayonunda tədbir

11 mart 2011 | 16:00

Beynəlxalq Diaspor Mərkəzi (BDM) Xızı rayon İcra Hakimiyyəti ilə birlikdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Xızı rayonunda tədbir keçirib.

Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev tədbirdə açılış nitqi söyləyərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən danışıb, ölkəmizdə bu gün vüsət alan quruculuq işlərinin təməlinin məhz ulu öndər tərəfindən qoyulduğunu və hazırda ölkə başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini qeyd edib.

Daha sonra bayram tədbirində BDM sədrinin birinci müavini, professor Vaqif Arzumanlı, BDM-in sədr müavini, akademik Vəli Əliyev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Türkiyədəki diasporumuzun fəallarından olan Zəfər Çağatay və digərləri öz çıxışlarında Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin böyük ömür yolundan danışaraq xalqımızın hər zaman onu dərin hörmət və məhəbbətlə anacağını bildiriblər.

Tədbirin sonunda incəsənət xadimlərinin iştirakı ilə bayram konserti olub. BDM sədri İsmayıl Ağayev diaspor fəallarımızla birgə Heydər Əliyev muzeyini ziyarət edib.

Keçidlər