Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov inzibati ərazi dairələri üzrə nümayəndələri ilə videokonfrans formatında müşavirə keçirmişdir.

06 may 2020 | 16:00

     Rayon İcra Hakimiyyətinin başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus pandemiyasına qarşı həyata keçirilən təxirəsalınmaz tədbirlər, tətbiq olunan gücləndirilmiş karantin rejimi şəraitində aparılan tibbi-profilaktik dezinfeksiya işləri və tənha ahıl insanlara, aztəminatlı ailələrə göstərilən qayğıdan bəhs etməklə, rayonda bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verib.
     Xəzər Aslanov çıxışında xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarından irəli gələn məsələlərə toxunaraq, yeni qaydaların inzibati ərazi dairələrində əhaliyə çatdırılmasını bildirib.
     Həmçinin rayonda koronavirus infeksiyasına qarşı aparılan mübarizə tədbirlərinin səmərəliliyinin artırılması, vətəndaşlar tərəfindən xüsusi karantin rejiminə riayət olunması, xüsusi qayğıya ehtiyacı olan vətəndaşların daim diqqətdə saxlanılması, eyni zamanda kənd təsərrüfatı sahəsində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı  aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verib.
     Sonda Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin bundan sonra da ciddi şəkildə yerinə yetirilməsi üçün qarşıda duran vəzifələr müəyyənləşdirilib.

 

Keçidlər