Pandemiya ilə mübarizə çərçivəsində Xızı Rayon İcra Hakimiyyəti yanında yaradılan xüsusi qərargahın növbəti videokonfransı keçirilib.
02 iyul 2020 | 16:00
Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun sədrliyi ilə keçirilən növbəti videokonfransda icra başçısının müavini Arzu Əzizov, Xızı rayon prokuroru, baş ədliyyə müşaviri İlham Məmmədov, Xızı Rayon Polis Şöbəsinin rəisi Faiq Hüseynov və digər qərərgah üzvləri iştirak ediblər.
Bundan əlavə başçının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri videogörüntü vasitəsilə iclasa qatılaraq müzakirələrdə iştirak ediblər.