Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər

23 iyul 2020 | 16:00

Hər bir dövlətin tərəqqisini sürətləndirən ən mühüm amillərdən biri də vətəndaş rifahına xidmət edən sosial siyasətin həyata keçirilməsidir. Bu gün Azərbaycan həyata keçirdiyi sosialyönümlü siyasət strategiyası, eləcə də onun səmərəlilik əmsalının yüksək olması baxımından  dünya arenasında nümunəvi mövqeyin sahibi kimi çıxış edir.

Dövlət başçısı İlham Əliyev hər zaman  hər bir azərbaycanlının yanında oub, onların problemi ilə maraqlanıb, rifahı və firavanlığının qeydinə qalıb. Müxtəlif təbəqədən olan insanların sosial müdafiəsinin gücləndirilməsi, həmin vətəndaşların problemlərinin həlli məqsədilə  dövlət səviyyəsində mühüm addımlar atılıb. Cənab İlham Əliyevin  həssas kateqoriyadan olan vətəndaşların - şəhid ailələrinin, məcburi köçkünlərin, müharibə əlillərinin, müharibə veteranlarının, təqaüdçülərin müavinət və pensiyalarının xeyli dərəcədə artırılmasını nəzərdə tutan Fərman və sərəncamlar imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak etmələri də bunun daha bir nümayişi oldu. Dövlətimiz tərəfindən bu binada şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 62 mənzil verilib. Bu mənzillərin 42-si Qarabağ müharibəsi əlilləri, 20-si isə şəhid ailələri üçün nəzərdə tutulub. Bu mənzillər də daxil olmaqla indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8018 mənzil və fərdi ev təqdim olunub. Bu qəbildən olan vətəndaşlarımız təkcə 2019-cu ildə 634 mənzil, 300 fərdi evlə təmin ediliblər. 2020-ci ildə 700 mənzil və 800 fərdi evin verilməsi nəzərdə tutulub. İlin əvvəlindən indiyədək 430 mənzil təqdim olunub. Diqqətə çatdırılıb ki, 2018-ci ildə 265, 2019-cu ildə 600 müharibə əlili avtomobillə təmin olunub. Bu dəfə təqdim edilən 50 avtomobil də daxil olmaqla 2020-ci ildə bu qəbildən olan insanlara, ümumilikdə 150 avtomobil verilib.  İlin sonunadək isə 400 müharibə əlilinin avtomobillə təmin olunması planlaşdırılır.  Bu dəfə verilən 50 avtomobil də daxil olmaqla indiyədək müharibə əlillərinə 6900 avtomobil təqdim olunub.

Tovuz təxribatının qarşısının alınması zamanı şəhid olmuş zabitlərin ailələrinə mənzillərin verilməsi də  vətənin müdafiəçilərinin ailələrinə diqqət və qayğının daha bir nümunəsi idi. Bununla yanaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fondun nümayəndələrinin Tovuz istiqamətində döyüşlərdə şəhid olan hərbçilərin ailələri ilə görüşlər keçirməsi diqqət və qayğının ardıcıllığının göstəricisidir. Biz sözlə, bu qəbildən olan ailələr, insanlar daim dövlətin və cəmiyyətin diqqət mərkəzində olub, bundan sonra da belə olacaq.

Belə qərarlar onun göstəricisidir ki, dövlətimiz öz vətəndaşının, xüsusilə də cəbhə boyu ərazilərdə düşmənlə üz-üzə dayanan insanlarımızın yanındadır. Bu isə olduqca vacibdir və vətəndaşın dövlətə güvənini daha da artırır. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının rifahı və mənafeyi dayanır.

Dövlət tərəfindən atılan addımlar təbii ki, vətəndaşlar, sadə insanlar tərəfindən rəğbətlə qarşılanır. Onlar son illər dövlətin qayğısını, himayəsini daha artıq hiss etməyə başlayıblar. Sosial problemləri həll olunduqca, rifah halı yüksəldikcə, vətəndaş da dövlətinə daha çox güvənir, ölkəsinin daha da güclənməsinə o da töhfəsini vermək istəyir. Bu güvənc, bu inam isə nəticədə dövlətlə vətəndaş arasında bir doğmalıq, sarsılmaz bağlılıq yaradır.

Keçidlər