Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib.
Dövlətimizin başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib.
“Abşeron” yatağı Azərbaycan neftçilərinin, xüsusəndə Xöşbəxt Yüsifzadənin qətiyyəti və cənab Prezidentin iradəsi nəticəsində 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat ilə hələ uzun illər Azərbaycan əhalsinin, daxili bazarın artan qaza olan ehtiyacını ödəyəcək gücdədir. Unikal bir yataq olacaqdır. Xəzər dənizinin Azərbaycan hissəsində, Bakının 100 km cənub-şərqində, 500 metr dərinlikdə yerləşən bu yatağın ən böyük özəlliyi ondan ibarətdir ki, yataq neft daşlarında yerləşən mərkəzləşmiş moduldan və minumum fiziki insan əməyindən istifadə edilərək idarə olunacaqdır. “Abşeron” yatağı eyni zamanda da Xəzərdə bu günə qədər qazılmış ən dərin yataqdır. Hesab edirəm ki, Neftçilərin Peşə bayramında belə bir tarixi açılışa qatılaraq, Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində cənab Prezidentin iştirakı və ömrünün doqquz ilini Dövlət Neft şirkətində bu sahəyə həsr etdiyini xüsusi qeyd etməsi, bu sahədə öyrəndiklərinin sonra ona Prezident kimi fəaliyyətində kömək etdiyini vurğulaması Azərbaycan neftçisinə verilmiş ən yüksək qiymətdir.
Azərbaycan neftçilərini qəhraman adlandıran cənab Prezident neftçilərin Azərbaycan iqtisadiyyatında hələ uzun müddət əhəmiyyətli rola malik olacağını xüsusi qeyd etdi.Azərbaycan güclü neft ölkəsidir, lakin neftdən asılı ölkə deyil. Təbii ki, bu o demək deyildir ki, Azərbaycanda qeyri-neft sektoru inkişaf etməyəcək, bu o deməkdir ki, Azərbaycan nefti, qazı hələ uzun müddət öz aktuallığını qoruyacaq saxlayacaqdır. Eyni zamanda da Azərbaycan dünya və xüsusi ilə də Avropa üçün çox etibarlı tərəfdaşdır.
Neft tariximizə də toxunan cənab Prezident çox düzgün qeyd etmişdir ki, 19-cu əsrin sonları və 20-əsrin əvvəllərində Azərbaycanda ciddi dövlətçilik ənənələri olsa idi və bu dövlət Azərbaycanın təbii sərvətlərini düzgün dəyərləndirib, xalqın istifadəsinə, inkişafına, tərəqqisinə həsr edə bilsə idi, sözün bütün mənalarında Azərbaycan bir əsr boyunca neftə, qaza olan təlabat nəticəsində ən zəngin dünya dövlətinə çevirilə bilərdi heç şübhəsiz. 20-ci əsrin əvvələrində Azərbaycan öz müstəqilliyini qazana bilmişdir. Lakin öz iqtisadi müstəqilliyini qoruyub, saxlaya bilmədiyi üçün və region, dünya dövlətlərinin maraqlarını düzgün qiymətləndirə bilmədiyi üçün Azərbaycan xalqı bir əsirə yaxın müddətdə Sovet İttifaqının yerli və milli maraqlara cavab verməyən ancaq plan və hasilat tələb etmə siyasətinə və istismarına məruz qalmışdır.
102 il əvvəl dünyada sənaye inqilabları yaşanır, yeni zavodlar, fabriklər tikilirdi. Dünyada neftə olan ehtiyac hər gün bir az daha artırdı. Dünya sənaye inqilabının bir parçasına bir əsr bundan əvvəl çevirilə bilmədiyimiz üçün bir əsrə yaxın neft- qaz ehtiyatlarımız bizim belə iznimiz soruşulmadan Sovet İttifaqının heç bir təbii sərvətinə malik olmayan xalqlarının təminatını həyata keçirdib.
“Əsrin Müqaviləsinin” imzalandığı anlara da tarixi eksursiya edən cənab Prezident o dövrlərdə belə bir müqavilənin imzalanmasını nə qədər çətin olduğunu bildirib. Doğurdanda o dövrdə, Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin davam etdiyi bir vaxtda, büdcəmizdə nəyin ki, hər hansı bir neft quyusu qazmaq üçün vəsait yox idi, hətta insanların maaşlarını vermək üçün Mərkəzi Bankın pul kəsdiyini bir zamanda ancaq Heydər Əliyev kimi dühanın şəxsi zəmanətləri hesabına “Əsrin Müqaviləsini” imzalamaq mümkün olmuşdur. Atəşkəsin anlaşmasının imzalanması, döyüş prosseslərinin nizama salınması və dünyanın böyük dövlətlərinə məxsus neft şirkətlərinin Azərbaycanda bu işə cəlb edilməsi adi siyasətçi qabiliyyəti deyildi. Bunları etmək üçün Heydər Əliyev olmaq lazım idi. Əlbəttə müdrik siyasi xadim bunu bacardı.
90-cı illərin əvvələrində Ulu Öndərə və onun simasında Azərbaycan xalqına düşmənlik edən Kreml, xüsusəndə Qorboçov heç təsəvvür belə edə bilməzdi ki, Heydər Əliyev yenidən siyasi səhnəyə qayıdaraq öz xalqının siyasi varlığını məhz belə iqtisadi layihələr hesabına həyata qoruyub, saxlayacaqdır.Neft dövrümüzün “strateji-siyasi silahıdır”. Biz əgər öz ən yeni tarximizə baxsaq və ətraflı müqayisə etsək görərik ki, Ulu Öndər Heydər Əliyevin “Əsrin Müqaviləsi” başdan yazdığı illərdə Azərbaycan hansı siyasi məngənələr arasında idi. Əgər onun müdrik siyasəti olmasa idi, biz digər yaxın şərqin sözün bütün mənalarında bədbəx neft ölkələrindən heç nə ilə fərqlənməzdik.
“Əsrin müqaviləsinin” ardınca 40-dan çox neft müqavilələri imzalanmışdı. Bir zamanlar Azərbaycanın gücünə inanmayan dövlətlər və yaxud da Azərbaycanın gücsüzlüyndən divident qazanmaq istəyən şirkətlər sözün bütün mənalarında Azərbaycanla əməkdaşlığa can atır. Bu gün Azərbaycan öz rezevrləri hesabına neft-qaz yataqlarını istismar edir, yeni quyuların qazılmasını təşkil və təmin edir. Dünyanın müxtəlif regionlarında müxtəlif istiqamətli kapitallar qoyur. Cənab Prezidentin üzərində dayandığı və ilk Prezident seçiləndən dərhal sonra vurğuladığı neft kapitalının insan kapitalına çevirilməsi və qeyri-neft sektorunun inkişafı məsələləri Azərbaycan və onun inkişafı üçün prioritetdir.
İnfrastruktur layihələrin uğurla həyata keçirilməsi, bir zamanlar Bakının mərkəzi rayonlarında belə təbii qazın olmadığı halda bu gün ölkənin ən ucqar kəndində belə qazlaşdırmanın həyata keçirilməsi və bu rəqəmin 96 faiz təşkil etməsi, yolların çəkilməsi, kanalizasiya, elektrik, su xəttlərinin yenilənməsi, həyata keçirilən ekoloji layihələr və digər ölkə miqyasında görülən işlər hamısı “Əsrin Müqaviləsi” imzalandıqdan sonra baş verən tərəqqi prossesinin tərkib hissələridir.