Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqı birləşdirən siyasət.

28 sentyabr 2020 | 16:00

Sentyabrın 27-də saat 06.00 radələrində Ermənistan silahlı qüvvələrin genişmiqyaslı təxribat törədərək, iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulması nəticəsində Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini mülki əhali və hərbi qulluqçular arasında həlak olanlar və yaralılar var.
Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlaması, mülki əhalinin yaşadığı kəndləri və infrastrukturları hədəf kimi seçərək ağır silahlarla bombalaması beynəlxalq hüquqa ziddir və qarşısı qətiyyətlə alınmalıdır.
Ermənistan 30 ilə yaxındır ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar olsun ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Azərbaycana gəldikdə isə qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşma qəbuledilməzdir.
     Təcavüzkar Ermənistanın başladığı müharibəyə adekvat cavab vermək məcburiyyətində qalan Azərbaycan Respublikasının Silahlı Qüvvələri düşmənə sarsıdıcı zərbələr endirib və döyüşlər bu gün də davam etməkdədir. İqtidarla hər zaman birlik nümayiş etdirən Azərbaycan xalqı bu dəfə də Ali Baş Komandanın ətrafında sıx birləşdi. Cəmiyyətimiz, ölkədə fəaliyyət göstərən müxtəlif vətəndaş cəmiyyəti institutları, siyasi baxışlarından asılı olmayaraq əksər siyasi partiyalar Azərbaycan Prezidentinin verdiyi bütün hərbi əmrləri dəstəklədiklərini nümayiş etdirdilər.
Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair ölkədə fəaliyyət göstərən 52 siyasi partiyanın 50-nin birgə bəyanatı təkcə xalqla hökumətin həmrəyliyindən xəbər vermir, bu eyni zamanda Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür.
    Təəssüflər olsun ki, özünü hər zaman xalqın təəssübkeşi kimi qələmə verən, əsl mahiyyət etibarı ilə yalnız öz mənafeyini və siyasi ambisiyalarını güdən AXCP və Müsavat Partiyalarının sədrləri bu dəfə də simasızlıqlarını gizlədə bilmədilər.Onların bu mövqesizlikləri zaman-zaman etdikləri pafoslu çıxışları fonunda olduqca rəzil görünür və antimilli xarakter daşıyır. Xarici naməlum maliyyə mənbələri hesabına özlərinin və ailə üzvlərinin dəbdəbəli yaşayış şəraitini təmin edən, Vətəndə yaşayıb vətəndaşlıq etməyi bacarmayanlar Azərbaycanın haqq savaşında xalqın yanında yer ala bilmədilər.
Ölkəmizin taleyində həlledici və tarixi, qürurverici, şərəfli günlər yaşanır.Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz qətiyyəti, qarşısıalınmaz iradəsi, şanlı ordumuzun tükənməz hərbi gücü, xalqımızın birlik, həmrəylik dəstəyi ilə tezliklə düşmən işğalından azad olunacaq, ölkəmizin ərazi bütövlüyü təmin ediləcək.Lakin belə həssas günlərdə xalqın və dövlətin yanında olmağı bacarmayan Əli Kərimli kimiləri məhz bu xalq tarixin daş yaddaşına qara hərflərlə əbədilik həkk edəcəkdir. Üç rəngli müzəffər bayrağımızın tarixi torpaqlarımızda dalğalanacağı gün çox yaxındadır.

Keçidlər