“20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir” adlı tədbir keçirilib.
16 yanvar 2025-ci il tarixində Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbində Xızı Rayon İcra Hakimiyyətinin, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir” adlı tədbir keçirilib. İlk öncə 20 Yanvar şəhidlərinin, eləcə də, Azərbaycanın müstəqilliyi, azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda 20 Yanvar faciəsindən artıq 35 il ötdüyü qeyd edilərək bildirilmişdir ki, Azərbaycan xalqı azadlıq uğrunda mübarizə əzminin heç bir qüvvə tərəfindən qırıla bilməyəcəyini bütün dünyaya göstərib. 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə keçmiş sovet ordusunun hərbi birləşmələri tərəfindən dinc əhaliyə qarşı törədilmiş qətliamın və terrorun təfərrüatları, eləcə də, şəhidlərimizin qəhrəmanlıqları tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda “20 Yanvar- Danışan talelər” adlı sənədli film nümayiş etdirilib.