20 Yanvar faciəsinin 35-ci ildönümü Xızı rayonunda da qeyd edilib.
20 yanvar 2025 | 12:21
Azərbaycan xalqının qan yaddaşına qəhrəmanlıq günü kimi əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 35-ci ildönümü Xızı rayonunda da qeyd edilib.
Xızı rayon İcra Hakimiyyətinin Başçısı Xəzər Aslanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə Şəhidlər memiorial abidə kompleksini ziyarət edərək 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər.