20 Yanvar faciəsinin 36-cı ildönümü Xızı rayonunda da qeyd edilib.
20 yanvar 2026 | 14:28
Azərbaycan xalqının qan yaddaşına qəhrəmanlıq günü kimi əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 36-cı ildönümü Xızı rayonunda da qeyd edilib.
Xızı rayon İcra Hakimiyyətinin Başçısı Xəzər Aslanov, şəhid ailələləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə Şəhidlər memiorial abidə kompleksini ziyarət edərək 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər.
Allah şəhidlərimizə rəhmət eləsin.






