“20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummili Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilmişdir.
Yanvarın 19-da Xızı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının birgə təşkilatçılığı və Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin, Xızı rayon Gənclər və İdarəsinin dəstəyi ilə Xızı Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar il ərzində həyata keçiriləcək Tədbirlər Planına uyğun olaraq “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummili Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə 20 Yanvar şəhidlərinin və vətən uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra mövzu ilə əlaqədar videoçarx nümayiş edilmişdir. Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov çıxış edərək, 20 Yanvar faciəsinə dəqiq hüquqi qiymətin Ümummilli liderimiz Heydər Əliyev tərəfindən verildiyini, məhz Ulu öndərin baş vermiş bu hadisə haqqında dünya ictimaiyyətinə məlumat verilməsi və bu qanlı cinayətə ədalət tələbində öz sarsılmaz iradəsini göstərdiyini bildirmişdir. Daha sonra YAP Xızı Rayon Təşkilatının sədr müavini, Xızı Rayon İcra Hakimiyyətinin, Xızı rayon Gənclər və İdarəsinin nümayəndəsi, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayonu üzrə nümayəndəsinin əməkdaşları da mövzu ətrafında geniş çıxışlar edərək 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummili Lider Heydər Əliyevin misilsiz xidmətlərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Sonda 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş guşəyə baxış keçirilmişdir.