Xızı rayonunda Ümummilli liderin əziz xatirəsi böyük ehtiramla yad edilmişdir.
Müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 12 il ötür. Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin, əbədiyaşar öndərimizin Xızı şəhərindəki heykəli sakinlərin müqəddəs ziyarətgahına çevrilib.
Bu gün respublikamızın hər yerində olduğu kimi Xızı rayonunda da Azərbaycan xalqının Ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin vəfatının 12-ci ildönümü qeyd edilmiş, Ulu öndərin əziz xatirəsi yad edilmişdir.
Xızı şəhəri Heydər Əliyev parkında Ulu öndərin abidəsi önündə keçirilən tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı cənab Xəzər Aslanov, İcra Hakimiyyətinin kollektivi, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri, rayon ağsaqqalları, ziyalılar iştirak etmişlər. Ümummilli liderin abidəsi önünə tər çiçəklər düzülmüş, xatirəsinə sonsuz ehtiram nümayiş olunmuşdur.