Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda iyun ayının 26-da Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilmişdir.

26 iyun 2021 | 16:00

  İyun ayının 26-da Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Xızı rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin başçısı cənab Xəzər Aslanovun  iştirakı ilə tədbir keçirilmişdir. İcra Hakimiyyətinin başçısı 44 günlük Vətən Müharibəsi nəticəsində Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər ordumuzun qazandığı qələbədən bəhs etmiş və şəhidlərimiz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Vətən Müharibəsi zamanı şəhid olmuş qəhraman döyüşçülərimizin ailə üzvlərinə Ali Baş Komandan İlham Əliyev tərəfindən təltif olunmuş orden və medallar təqdim olunmuşdur.

 

Keçidlər