Şriftin ölçüsü :

Saytın rəngi :

26 aprel 2024-cü il tarixində Xızı rayonunda “Zərifə Əliyeva-İşıqlı ömrün salnaməsi” adlı tədbir keçirilmişdir.

26 aprel 2024 | 12:09

26 aprel 2024-cü il tarixində Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xızı Rayon Heydər Əliyev Mərkəzinin konfrans zalında  “Zərifə Əliyeva – İşıqlı ömrün salnaməsi” adlı tədbir keçirilmişdir. Tədbirdə Yeni Azərbaycan Partiyası Xızı Rayon Təşkilatının sədr müavini, Xızı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru və həkim kollektivi, Abşeron – Xızı Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Xızı sektorunun əməkdaşları və rayon ictimaiyyəti iştirak etmişdir. 

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov çıxışında Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş görkəmli alim-oftalmoloq, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolu, əhatəli elmi fəaliyyəti, oftalmologiya elminin inkişafına həsr etdiyi çoxprofilli tədqiqatlar və yazdığı yüzlərlə dəyərli elmi-tədqiqat işləri haqqında əhatəli məlumat vermişdir. O, Zərifə Əliyevanın, eyni zamanda, görkəmli ictimai xadim kimi fəaliyyətindən bəhs edərək bildirmişdir ki, Ümummilli Liderimiz Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı kimi Zərifə xanım Əliyeva Ulu Öndərin Azərbaycanın inkişafı sahəsindəki qətiyyətli mübarizəsində ona arxa-dayaq olmuş, övladlarını vətənin layiqli övladları və öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirmişdir.

Bütün keyfiyyətləri ilə əsl Azərbaycan xanımı, görkəmli həkim, yüksək intellekt və mədəniyyət, dərin bilik və insanpərvərlik timsalı olan Zərifə xanım Əliyevanın həyat yolu, tibb elminin inkişafı, yüksək ixtisaslı kadrların yetişdirilməsinə sərf etdiyi gərgin əmək və tibbin müxtəlif sahələrinə aid yazdığı fundamental əsərlər, dünya şöhrətli alim-oftalmoloq kimi zəngin həyat təcrübəsindən bəhs edən geniş çıxışlar dinlənilmişdir.

  Tədbirdə akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən video-slayd nümayiş etdirilmişdir.

Keçidlər