Xızı Rayon İcra Hakimiyyəti başçısının 2015-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı.
Xızı Rayon İcra Hakimiyyətində 2015-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 10 yanvar 2016-cı il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Niyaz Əliyev də iştirak etmişdir.
Tədbirdən öncə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Niyaz Əliyev ,Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və digər rəsmi qonaqlar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoymuş, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad etmişlər.
Hesabat yığıncağını giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov son bir ildə cənab prezidentin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən işlərdə əldə olunan uğurlardan danışdı. Daha sonra Xəzər Aslanov 2015-ci ildə Xızı rayonunun sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrə dair geniş hesabat məruzəsini yığıncaq iştirakçılarının diqqətinə çatdırdı. Bundan sonra çıxış edən Xızı Rayon Maliyyə şöbəsinin müdiri Almasov Dünyamalı,Statistika idarəsinin rəisi Quliyev Rövşən, rayon Mərkəzi xəstəxanasının baş həkimi Nəbiyev Bəhdaş, rayon Təhsil şöbəsinin müdiri Abdullayev Oqtay əldə olunan uğurlar və bəzi problemlərdən danışdılar. Daha sonra söz Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Niyaz Əliyevə verildi. Niyaz Əliyev ölkə başçısı cənab İlham Əliyevin Xızı rayonuna hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını xüsusi olaraq qeyd edərək, ölkədə həyata keçirilən düşünülmüş siyasət nəticəsində əldə olunan uğurlardan danışdı və bunun ən böyük nümunəsinin Xızı rayonunda son aylarda həyata keçirilən işlərin nəticəsində hər birimizin daha açıq gördüyünü vurğruladı.
Sonda Xızı Rayon İcra Hakimiyyətinin Başçısı Xəzər Aslanov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Niyaz Əliyevə iclasda iştirakına görə təşəkkürünü bildirərək, cənab Prezidentin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında etdiyi proqram xarakterli çıxışında səsləndiriyi fikirlərin bundan sonra Xızı rayonunda həyata keçiriləcək bütün işlərdə əsas götürüləcəyini vurğuladı.