Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda Ümummilli Liderimiz Heydər Əliyevin anım günü qeyd edilmişdir

12 dekabr 2021 | 16:00

Azərbaycan dövlətinin memarı, qurucusu, dünya şöhrətli siyasi xadim, Ümummilli Liderimiz Heydər Əliyevin vəfatından artıq 18 il keçib. Vəfatından sonra xalqın yaddaşında qalmaq hər kəsə nəsib olmur. Xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır. Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu dahi insan öz nəcib əməlləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır.  Xalqımızın və dövlətimizin  tarixində özünə  əbədiyyət abidəsi ucaltmış, öz ölkəsi, xalqı üçün tarixi əhəmiyyətli işlər görmüş ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinin hər səhifəsi, hər mərhələsi Azərbaycan tarixinin yüksəliş mərhələləri ilə üst-üstə düşür. Bu ömrün hər günü xalqa, millətə, dövlətə xidmət etmənin müqayisə edilməz  örnəyi olmuşdur.
Bu gün respublikamızın hər yerində olduğu kimi Xızı rayonunda da Azərbaycan xalqının Ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin vəfatının 18-ci ildönümü qeyd edilmiş, Ulu öndərin əziz xatirəsi yad edilmişdiş,  abidəsi önünə gül dəstələri düzülmüşdür.

Keçidlər