27 Sentyabr - Anım Günü ərəfəsində şəhid ailələri və qazilər ziyarət edilir.
22 sentyabr 2026 | 14:37
27 Sentyabr - Anım Günü ərəfəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş Xızı şəhidlərinin ailələri və qazilər ziyarət edilir. Xızı Rayon İcra Hakimiyyətinin əməkdaşları rayonun idarə, müəssisə və təşkilat rəhbərləri ilə qəhrəman Vətən övladlarının ailələrini mütəmadi olaraq ziyarət edir və onlara mənəvi dəstək olurlar.
Şəhid ailələrini və qaziləri narahat edən məsələlər öyrənilmiş, onların aradan qaldırılması nəzarətə götürülmüşdür.






