Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr Anım Günü ilə əlaqədar şəhid ailələri ziyarət edilmişdir

26 sentyabr 2023 | 16:54

   Rayon rəhbərliyi torpaqrarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının ailələrini mütəmadi olaraq ziyarət edir, onlara mənəvi dəstək olur.

  27 sentyabr Anım Günü ilə əlaqədar Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov və İcra Hakimiyyətinin məsul şəxsləri ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin ailələrini ziyarət etmişdir. Şəhid ailələrini narahat edən məsələlər öyrənilmiş, onların aradan qaldırılması nəzarətə götürülmüş, ailələrin hər birinə yardım göstərilmişdir.

Keçidlər