Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr - Anım Günü ərəfəsində Xızı şəhidlərinin ailələri ziyarət edilir

23 sentyabr 2024 | 16:31

        27 Sentyabr - Anım Günü ərəfəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş Xızı şəhidlərinin ailələri ziyarət edilir. Xızı Rayon İcra Hakimiyyətinin əməkdaşları rayonun idarə, müəssisə və təşkilat rəhbərləri ilə qəhrəman Vətən övladlarının ailələrini mütəmadi olaraq ziyarət edir və onlara mənəvi dəstək olurlar.

        Ziyarət zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində şanlı Zəfər qazanmasından, hərbçilərimizin qəhrəmanlığından bəhs olunmuşdur. Şəhid ailələrini narahat edən məsələlər öyrənilmiş, onların aradan qaldırılması nəzarətə götürülmüş, ailələrin hər birinə yardım göstərilmişdir.

Keçidlər