Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr – Anım Günü ilə bağlı Xızı rayonunda tədbirlər keçirilmişdir.

27 sentyabr 2022 | 15:49

27 sentyabr – Anım Günü ilə bağlı rayon ərazisində silsilə tədbirlər təşkil olunub. Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, şəhid ailələri, hüquq-mühafizə orqanlarının rəhbərləri,  YAP Xızı rayon təşkilatı, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Xızı şəhərinin mərkəzindən Şəhidlər abidə kompleksinin qarşısınadək yürüş keçirilmiş, yürüş iştirakçıları abidənin önünə tər çiçəklər düzmüş, şəhidlərin əziz  xatirəsini ehtiramla yad etmişlər.

Anım mərasimində Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov çıxış edərək qeyd etmişdir ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsi daim yaddaşlarda qalacaq. Sitat: "Məhz onların göstərdiyi şücaət nəticəsində torpaqlarımız bu gün işğaldan azad olunub. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut etdi. Azərbaycan Ordusu uzun illərdən sonra düşmən üzərində böyük qələbə qazandı. Şəhidlərimizin qanı yerdə qalmadı.

Tədbirdə çıxış edən 13 sentyabr 2022-ci il tarixində erməni silahlı qüvvələri tərəfindən Azərbayacan sərhədində törədilən təxribatın qarşısını alarkən şəhid olmuş kapitan Saleh Qurbanovun atası Möhübət Qurbanov bildirdi ki, şəhidlər bir daha sübut etdilər ki, bu torpaqlar bizimdir. Şəhidlər öz canlarını Vətən uğrunda qurban verir və "Vətən sağ olsun!" deyirlər. Bu gün xalq və ordu bir yerdədir. Bu birliyin sayəsində torpaqlarımız işğaldan azad edildi. O, şəhid ailələrinə Allahdan səbr, qazilərimizə isə şəfa və can sağlığı arzuladı.

Daha sonra rayonun yaşayış məntəqələrində şəhidlərimizin məzarları ziyarət olunmuş, əziz  xatirələri ehtiramla yad edilmişdir.

Bütün Respublika ərazisində olduğu kimi Xızı rayonunda da Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi saat 1200-da bir dəqiqəlik sükutla yad edildi.

Tədbirlər çərçivəsində Xızı şəhərindəki Heydər Əliyev parkında şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir.

Keçidlər