"27 sentyabr - Anım Günü" münasibətilə ağacəkmə aksiyası keçirilmişdir.
Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 25 sentyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq ili” elan edilməsi ilə bağlı təsdiq olunmuş “Tədbirlər Planı” çərçivəsində "27 sentyabr - Anım Günü" münasibətilə ağacəkmə aksiyası keçirilmişdir. Xızı şəhərinin giriş hissəsində təşkil edilmiş aksiyada Xızı Rayon İcra Hakimiyyətinin başçısı cənab Xəzər Aslanov, rayonun idarə, müəssisə və təşkilatlarn rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Aksiya çərçivəsində əraziyə müxtəlif növ ağac tingləri əkilmiş, yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində işlər aparılmışdır. Əkilən tinglərə aqrotexniki qaydada qulluq göstərilmiş, onların normal inkişafı üçün zəruri tədbirlər görülmüşdür.






