Şriftin ölçüsü :

Saytın rəngi :

“27 sentyabr –Anım Günü: Tarixi Zəfərin Başlanğıcı” adlı tədbir keçirilib.

24 sentyabr 2026 | 15:57

     24 sentyabr 2026-cı il tarixdə Şəhərsalma və Memarlıq ili çərçivəsində  Xızı Rayon Heydər Əliyev Mərkəzinin konfrans zalında  27 sentyabr – Anım Gününün yad edilməsi ilə əlaqədar Xızı Rayon İcra Hakimiyyətinin,  Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının, Qərbi Azərbaycan İcmasının Xızı nümayəndəliyinin və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə “27 sentyabr –Anım Günü: Tarixi  Zəfərin Başlanğıcı” adlı tədbir keçirilib. Tədbirdə idarə və təşkilatların əməkdaşları həmçinin rayon ictimaiyyətinin  nümayəndələri  iştirak edib.

    Vətənin ərazi bütövlüyü və suverenliyin bərpası uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

    Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Ərazi–təşkilat məsələləri sektorunun müdiri Abdulla Hüseynov şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir dilədi. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açan natiq onların hər birinin bir qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 27 sentyabr - Anım Gününün elan edilməsini şəhidlərimizin ruhuna ən böyük ehtiramın, onların xatirəsinə dərin hörmətin bariz ifadəsi hesab edən Abdulla Hüseynov qeyd etdi ki, hər il ölkənin bütün bölgələrində keçirilən tədbirlər, memorial abidələr önündə keçirilən anım mərasimləri, dövlət qurumlarının və ictimaiyyətin iştirakı ilə reallaşdırılan xatirə tədbirləri Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin daim yaşadıldığını göstərir.

     Tədbirdə bu günün tarixi və qazanılmış şanlı zəfərdən bəhs edən çıxışlarda qeyd edildi ki, müharibənin ilk günündən son gününədək Vətən uğrunda canından keçmiş, şəhidlik zirvəsinə ucalmış minlərlə igid oğulun əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, qəhrəmanlıqları gələcək nəsillər üçün vətənpərvərlik məktəbinə çevriləcəkdir. Azərbaycan dövləti şəhid ailələrinin, müharibə iştirakçılarının və qazilərin sosial müdafiəsini daim diqqət mərkəzində saxlayaraq, onların fədakarlığını yüksək qiymətləndirməkdədir.

     Sonda “27 sentyabr – Zəfərə aparan tarix” adlı video-çarx nümayiş etdirilib.

 

 

Keçidlər