27 sentyabr-Anım Günündə şəhidlərin əziz xatirəsini ehtiramla yad edildi
27 sentyabr 2026 | 14:43
27 sentyabr-Anım Günündə Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov, YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev, Rayon Ağsaqqalar Şurasının sədri Fərrux Haqverdiyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri Xızı şəhərinin mərkəzindən Şəhidlər abidə kompleksinin qarşısınadək yürüş keçirilmiş, yürüş iştirakçıları abidənin önünə tər çiçəklər düzmüş, şəhidlərin əziz xatirəsini ehtiramla yad etmişlər.
Saat 12:00-da bütün Respublika ərazisində olduğu kimi Xızı rayonunda da Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.






