2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı.
İlk növbədə Ermənistanın silahlı təxribatının qarşısını alaraq qəhrəmancasına şəhid olmuş Azərbaycan hərbçilərinin əziz xatirəsi bir daha sükutla yad edildi.
Allah şəhidlərimizə rəhmət eləsin! Allah onların yaxınlarına səbir, yaralı hərbçilərimizə şəfa versin.
Hesabat yığıncağında məruzə ilə çıxış edən Xızı rayon İcra Hakimiyyətinin Başçısı Xəzər Aslanov 09 aprel 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildiyi barədə məlumat vermişdir. Dövlət başçısı iclası giriş nitqi ilə açaraq bu ayın əvvəlində Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən növbəti silahlı təxribatın qarşısının alındığını və düşmənə layiqli cavab verildiyini qeyd edərək, bu qanlı toqquşmanın Ermənistanın işğalçı siyasətini davam etdirdiyini, sülh istəmədiyini və danışıqlar prosesinin pozulmasına çalışdığını bir daha göstərdiyini bildirdi. Ermənistanın sadəcə olaraq danışıqları sonsuz proses kimi görmək istədiyini vurğulayan dövlət başçımız, danışıqlarda müəyyən irəliləyiş olan zaman Ermənistan tərəfindən müxtəlif yollarla danışıqları pozmağa cəhd göstərildiyini, son tarixin nümunələrinin də bunu göstərdiyini qeyd etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın öz torpaqlarını müdafiə etdiyini, bizim başqa dövlətin torpağında gözümüzün olmadığını, öz torpağımızı da heç kimə verməyəcəyimizi bildirərək, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyimizi bir daha qeyd etmişdir. Birinci rübdə iqtisadi islahatların daha da sürətlə aparıldığını vurğulayan dövlət başçımız, ümumiyyətlə, 2016-cı ilin dərin iqtisadi islahatlar ili olacağını, ilin əvvəlindən bu istiqamətdə çox fəal işlərin getdiyini, biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialımızın artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması-bütün bu istiqamətlər üzrə çox ciddi qərarların qəbul edildiyini qeyd etdi. Birinci rübün iqtisadi göstəricilərinin o qədər də müsbət olmadığını, ümumi daxili məhsulun aşağı düşdüyünü bildirən dövlət başçımız, ilin birinci rübündə Azərbaycanda qeyri-neft sənayesinin beş faizdən çox artdığını, ümumi daxili məhsulun azalmasının ilk növbədə, neftin qiymətinin aşağı düşməsi və ondan yaranan vəziyyətlə bağlı olduğunu, birinci rübdə 31 mini daimi iş yeri olmaqla 37 min yeni iş yerinin yaradıldığını, 13 min iş yerinin bağlandığını qeyd etdi. Tikinti sektorunda və digər sektorlarda bəzi işlər ixtisara düşdüyündən, işsizlik səviyyəsini aşağı səviyyədə saxlamaq üçün şəxsi göstərişi əsasında yeni iş yerlərinin daha çox dövlət sektorunda yaradıldığını bildirən cənab Prezident, bununla yanaşı yerlərdə haqqı ödənilən ictimai işlərin də təşkil olunduğunu və bütün bunların şübhəsiz ki, insanların sosial müdafiəsinə hesablandığını, sosial siyasətin həmişə prioritet olduğunu, siyasətimizin mərkəzində hər zaman Azərbaycan vətəndaşının dayandığını, Azərbaycan vətəndaşının maraqlarının hər şeydən üstün olduğunu və bundan sonra da belə olacağını qeyd etdi.
01 yanvar 2016-cı il vəziyyətinə Xızı rayonu əhalisinin sayı 16363 nəfər təşkil edir. Cari ilin birinci rübü ərzində Xızı rayonu üzrə 33 doğum, 19 ölüm, 5 nikah, 2 nikahın pozulması və 3 atalığın müəyyən edilməsi və 1 adın dəyişdirilməsi faktı qeydə alınmışdır. Nikahlardan 4-ü Heydər Əliyev Mərkəzində qeydə alınmışdır.Ötən ilin müvafiq dövrü ilə müqayisədə döğulanların sayı 6 vahid, nikahların sayı 9 vahid azalmış, ölənlərin sayı 7 vahid, boşanmaların sayı 1 vahid artmışdır. Rüb ərzində körpə, uşaq və ana ölümü olmamışdır.
Rayonda İctimai-siyasi durum sabitdir. Rayonda yeganə partiya Yeni Azərbaycan Partiyası fəaliyyət göstərir. Hazırda YAP Xızı rayon təşkilatı 42 ərazi ilk partiya təşkilatı üzrə 1856 nəfər partiya üzvünü öz ətrafında birləşdirir ki, onların 833 (44,9%) nəfəri qadınlar, 906 (47,6 %) nəfəri gənclərdir. Rayon ərazisində digər partiyaların dayaq nöqtələri mövcud deyildir. Rayonda 5 qeyri hökumət təşkilatı, 9 ictimai təşkilat, 10 məscid (7-i fəaliyyət göstərir) və 10 pir vardır. Rayon üzrə vəhabilik təriqətinə xidmət edən 3 ailə vardır. Bunlardan 2 ailə Giləzi qəsəbəsində, 1 ailə isə Sitalçay kəndində yaşayır ki, onların fəaliyyəti daim nəzarətdə saxlanılır. Digər dini icmalar mövcud deyil. Xızı Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Xızı” qəzeti nəşr olunur.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icrasını təmin etmək məqsədilə Xızı Rayon İcra hakimiyyəti başçısının rəhbərliyi ilə yaradılmış xüsusi Qərargah tərəfindən rayonun iqtisadi potensialına uyğun həyata keçirilən tədbirlər nəticəsində 01 aprel 2016-cı il tarixinədək rayon ərazisində 197 yeni iş yeri yaradılmış, mövcud ştat vahidlərinə və yeni yaradılmış iş yerlərinə qəbul olunmaqla 187 nəfər işlə təmin olunmuşdur.
Dövlət başçımızın tapşırığı əsasında həyata keçirilən “Samur-Abşeron suvarma sisteminin yenidən quruilması” layihəsi çərçivəsində Xızı rayonu üzrə ilkin olaraq kateqoriyasının dəyişdirilərək kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına keçirilməsi nəzərdə tutulan 4319,78 ha torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət olunmuşdur. Layihə çərçivəsində “Aqromarket” servis MMC tərəfindən Giləzi qəsəbəsində 12 ədəd müasir tipli “Valley” dairəvi suvarma sistemi quraşdırılmışdır ki, təcrübə üçün həmin ərazidə 129 ha sahədə arpa, 40 ha sahədə buğda, 42 ha sahədə taxılla qarışıq yonca əkini aparılmışdır.
2016-cı ilin birinci rübü ərzində rayonda ümumi məhsul buraxılışının həcmi 9 milyon 605 min 800 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 236 min 700 manat (2,5 %) coxdur. O cümlədən, kənd təsərrüfatı məhsulunun həcmi 197 min 600 manat, yəni 3,2 % artaraq 6 milyon 300 min 500 manat, nəqliyat sektorunda əldə olunan gəlirlər 900 manat, yəni 0,6% artaraq 158 min manat, ticarət xidmətinin həcmi 16 min 600 manat, yəni 0,94 % artaraq 1 milyon 782 min 100 manat, informasiya və rabitə xidmətlərinin həcmi ötən ilin müvafiq dövrü ilə eyni-34 min 500 manat, sənaye məhsulunun həcmi 13 min 700 manat, yəni 1,6 % artaraq 880 min 100 manat, tikinti-quraşdırma işləri isə 7 min 900 manat, yəni 1,8% artaraq 450 min 600 manat olmuşdur. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 6 milyon 789 min 400 manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrünhdə isə bu göstərici 9 milyon 514 min 500 manat olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən olan sahibkarlığın inkişafı və əhalinin işgüzar fəallığının artırılması məqsədi ilə hesabat dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Xızı rayonu üzrə 13 layihə üzrə cəmi 6 milyon 114 min manat güzəştli şərtlərlə kreditlər verilmişdir ki, həmin vəsaitlə görüləcək işlərin nəticəsində 12 yeni iş yerinin yaradılması imkanı yaranmışdır.
Rayonun kənd təsərrüfatında birtkiçilik və heyvandarlıq əsas yer tutur. 2016-cı ilin məhsulu üçün 2015-ci ilin payızında şumlanmış 1451 hektar əkin sahəsinin 588 hektarında buğda, 544 hektarında arpa, 122 hektarında yonca olmaqla ümumilikdə 1254 hektar sahədə əkin aparılmışdır.
Rayonda 01 aprel 2016-cı il tarixə 10113 baş iribuynuzlu (o cümlədən inək və camışlar 5074 baş), 105892 baş xırdabuynuzlu heyvan, 720 baş donuz olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynyzlu heyvanların sayı 1258 baş azalmış, xırdabuynuzlu heyvanların sayı isə 10734 baş artmışdır.
Rayonda ünvanlı sosial yardıma daha çox ehtiyacı olan insanların, aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. 2016-ci ilin birinci rübündə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə 110 nəfər ünvanlı sosial yardım üçün müraciət etmiş, 64 ailə, 256 ailə üzvünə ünvanlı sosial yardım təyin edilmişdir.
Rayon üzrə 2016-cı il üçün 4 müəssisədə 11 kvota iş yeri müəyyənləşdirilmişdir ki, 2015-ci ilin birinci rübü ərzində işaxtaran kimi qeydiyyata alınan 4 nəfər əlildən 2-i kvota üzrə, 2-si isə digər vakant yerlərdə işlə təmin olunmuşdur. Rüb ərzində Xızı rayon Məşğulluq Mərkəzində 316 nəfər işaxtaran kimi qeydiyyata alınmış, qeydiyyata alınan işsiz vətəndaşlardan 200 nəfəri rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda daimi işlə təmin olunmuşdur. İşlə təmin olunanlardan 20 nəfəri qadın, 79 nəfəri gənc, 29 nəfəri məcburi köçkünlər olmuşdur.
Sakinlərin elektrik təhcizatının yaxşılaşdırılması məqsədilə 2016-cı ilin I rübü ərzində rayonun elektrik təsərrüfatında cari təmir işləri görülmüşdür.
Belə ki,10 kV Xələnc h/x, 10 kV Xələnc h/x-nin Güneyqışlaq budaqlanmasına, 10 kV Ağdərə h/x-nə 1425 AS-50 metr naqil, Xızı şəhər 3060003 kod saylı 315 kVa tr-or y/st-a, Xızı şəhər 3060005 kod saylı 250 kVa tr-or y/st-a, Təzəkənd k.3060008 kod saylı y/st-a 78 metr AVVQ 4x50 kabeli, Xızı şəhər 3060001 kod saylı 160 kVa tr-or y/st-a, Xızı şəhər 3060002 kod saylı 4000 kVa tr-or y/st-a, Xızı ş. 3060005 kod saylı y/st-a, Yaşma k. 3060061 kod saylı y/st-a 462 metr AVVQ 4x35 kabeli və Giləzi q. Qaçqınlar yaşayan h/x-nə 300 metr SİP-4 4x25 kabeli istifadə edilmişdir. 10 kV-luq Tıxlı h/x-nin Təzəkənd budaqlanmasına 10 ədəd KD-10,5/195 dayağı, Tıxlı h/x-nin Təzəkənd budaqlanmasına, Xələnc /x-nə, Fındığan h/x-nə, Fin evlər 3060009 kod saylı tr-or y/st-dan çıxan 0,4 kV e.v.x-nə 39 ədəd ÖİN kabelləri üçün metal dayaqlar basdırılmışdır. 10 kV Xələnc h/x-nə, Xələnc h/x-nin Güneyqışlaq budaqlanmasına və Ağdərə h/x-nə 90 ədəd 10 kV izolyator istifadə edilmişdir.10 kV Tıxlı h/x-nin Təzəkənd budaqlanmasına 77 ədəd 1 dövrəli dairəvi dayaq traversi quraşdırılmışdır.
Əhali və q/əhali sektoruna sayğac quraşdırılmasına və dəyişdirilməsinə 400 metr SİP-4 2x10 kabeli və işlənmişdir. Əhali və q/əhali sektoruna 154 ədəd 1 fazlı elektrik sayğacı quraşdırılmışdır. Sitalçay kəndində zədələnmiş 3060052 kod saylı 160 kVa tr-or, Şurabad q. zədələnmiş 3063034 kod saylı 400 kVa tr-or, Sitalçay k. 3060054 kod saylı 250 kVa tr-or yenisi ilə əvəz edilmiş, Təzəkənd kəndində 100 kVa KTM quraşdırılmışdır.10,6 və 0,4 kV-luq e.v.x-də, tr-or məntəqələrində, y/st-da, PQ-da cari təmir işləri aparılmış,qəza bərpa işləri görülmüş və transformator y/st-a 1329 litr transformator yağı dəyişdirilmişdir.Xızı Şəbəkə sahəsinin ərazisində yol qırağı dayaqlar rənglənmişdir. Şəbəkə ərazisində yenidəqurma işləri davam etdirilir.
2016-ci ilin I rübü ərzində rayon üzrə dəyəri 1 milyon 290 min manat təşkil edən 21 milyon 499 min 200 kVt/saat elektrik enerjisi satışa ötürülmüş, ümumilikdə 946 min 200 manat vəsait yığılmlşdır ki, bu da 73,30 % təşkil edir. O cümlədən 2016-cı ildə əhali istehlakçılarına dəyəri 185 min 342 manat olan 3 milyon 089 min 040 kVt/saat enerji verilmiş, 173 min. 264 manat vəsait toplanmıdır ki, bu da 93,0 % təşkil edir.
Xaçmaz RQİİ Xızı qaz istismar Sahəsinin xidmət ərazisində qaz təchizatı sistemində qazdan istifadə qaydalarının pozulması,onları doğuran səbəblərin aradan qaldırılması və istehlakçılar tərəfindən mənzillərdə, digər obyektlərdə təbii qazdan düzgün istifadə edilməsi qaydalarının gücləndirilməsi və rayon ərazisində təbii qazın təhlükəsiz və fasiləsiz verilməsi üçün 2016-cı ilin 3 ayı ərzində aşağıdakı işlər görülmüşdür:
Xızı şəhəri ərazisində müxtəlif diametrli ümumilikdə 357 m məhəllə daxili qaz xətti rənglənmişdir.
Baxışlı kəndində d-108 mm-lik 21 metr qaz xətti təmir olunmuş,d-89 mm-lik 80 metr qaz xətti torpaq altından çıxarılmış,d-108 mm-lik 41metr qaz xəttinin korroziyaya uğramış hissəsi yenisi ilə əvəz olunmuşdur.
Altıağac qəsəbəsində d-108 mm-lik 18 m qaz xətti torpaq altından çıxarılmış.Müxtəlif diametrli 108 məhəllə daxili qaz xətti həyətyanı sahələrdən küçəyə çıxarılaraq dayaqlar üzərinə qaldırılmışdır.
Xələnc kəndində müxtəlif diametrli 202 metr qaz xətti torpaq altından çıxarılmış və təmir olunmuşdur.
Tıxlı Müxtəlif diametrli 320 metr məhəllə daxili qaz xətti həyətyanı sahələrdən küçəyə çıxarılaraq dayaqlar üzərinə qaldırılmış və d-159 mm-lik 48 metr qaz xətti torpaq altından çıxarılmış və təmir olunmuşdur.
Yeni Yaşma müxtəlif diametrli 66 metr məhəllə daxili qaz xətti həyətyanı sahələrdən küçəyə çıxarılaraq dayaqlar üzərinə qaldırılmışdır.
Fındığan kəndində d-100 mm-lik 210 metr qaz xətti torpaq altından çıxarılmış və dayaqlar üzərinə qaldırılmışdır.
Giləzi qəsəbəsində müxtəlif diametrli 46 metr qaz xətti h dayaqlar üzərinə qaldırılmış təmir olunmuşdur.
Şuraabad qəsəbəsinə gedən d-160 mm-lik daşıyıcı polietilen qaz xəttinin zədələnmiş hissəsi təmir olunmuşdur.
Xızı rayonunda ötən dövr ərzində 11 mənzil qazlaşdırılaraq qeydiyyata alınmış,20 ədəd qaz sayğacı yenisi ilə əvəz olunmuş, Şuraabad qəsəbəsində abonentlərə 12 ədəd Smart kart tipli sayğac quraşdırılmış və 1467 mənzilə texniki baxış keçirilmişdir.
Rüb ərzində ərzində ümumilikdə əhali və qeyri-əhali istehlakçılarına 513709,00 manat dəyərində təbii qaz satılmış, bundan 393418,29 manat ödənilmişdir ki,buda 77% təşkil edir.Əhali sektoru üzrə satılan qazın ödənişi aylar üzrə aşağıdakı kimi yanvar ayı -80,0%,fevral ayı -87,% və mart ayında -91 % olmuşdur.
2016-ci ildə rayonun avtomobil yollarında təmir, yolların saxlanılması istiqamətində müəyyən işlər görülmüşdür. Belə ki, avtomobil yollarının təmiri, kənd yollarının asfaltlaşması istiqamətində işlər görülür. Giləzi-Xızı avtomobil yolunda 14600 m2-dən çox sahədə çala təmiri aparılmışdır. 3160 p/m küvetlər əl ilə təmizlənmişdir,çınqıl öörtüklü avtomobil yollarının bəzi hissələrinə çınqıl tökülərək yayılmışdır. Qış aylarında sürüşkənliyə qarşı 13 m3 duzun və 16,5 m3 qumun avtomobil yollarına səpilməsi təmin olunmuşdur.Qış mövsümündə avtomobil yollarında əl və avtoqreyder vasitəsi ilə qarın və su ötrücü boruların giriş-çıxışları təmizlənmişdir. Mütəmadi olaraq avtomobil yollarının çiyin hissəsi otdan-alaqdan təmizlənmiş və avtoqreyder vasitəsi ilə hamarlanmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Xızı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 6 noyabr 2013-cü il tarixli 30 nömrəli və “Xızı rayonunun Xızı-Altıağac avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” 12.06.2014-cü il tarixli 544 nömrəli sərəncamlarına uyğun olaraq 4353 nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Xızı-Altıağac avtomobil yolunun yenidənqurulması işləri 2014-cü ildə davam etdirilsə də 2015-ci ildə və 2016-cı ilin birinci rübü ərzində bu sahədə heç bir iş görülməmişdir.
Sakinlərin içməli su təhcizatının yaxşılaşdırılması məqsədilə Xızı rayon Sukanal idarəsi “Dahar dibi” və “Qars” su mənbəyində mütəmadi olaraq təmizlik işləri aparmışdır. Xızı şəhərinin Vüsaqi küçəsində d100 mm-lik boruda olan sızmalar aradan qaldırılmış və 1 ədəd d-25 mm-lik ventil yenisi ilə əvəz olunmuş, B.Səfəroğlu və T.Ozal küçəsində korroziyaya uğramış məhəllədaxili boru xətti uzunluğu 210 p/m, diametri 80 mm olan yeni boru ilə əvəzlənmiş və xəndəyə basdırılmışdır. Fındığan kəndində korroziyaya uğramış boru d-50 mm-lik 130 p/m uzunluğunda metal boru ilə əvəzlənmiş və su anbarının çıxışında quraşdırılmış d-80 mm-lik 1 ədəd siyirtmə və 2 ədəd flans yenisi ilə əvəzlənmişdir.
Altıağac qəsəbəsində “Yeddibulaq” su anbarının çıxışında quraşdırılmış d-100 mm-lik siyirtmə təmir olunmuşdur.
Rüb ərzində “Sukanal”idarəsi tərəfindən 254 min 748,75 m3 su satılmış, 226min 173 manat 76 qəpik ödəniş edilmişdir ki, buda 89,0% təşkil edir.Əhali sektoru tərəfindən 27 min 351,75 m3 su istehlak olunmuş, 6 min 688 manat 46 qəpik ödəniş daxil olmuşdur ki, buda 24,5% təşkil edir.Qeyri əhali üzrə satış 226 min 743 m3,ödəniş isə 219min 485 manat 46 qəpik olmaqla 96,8% təşkil edir.
2016-cı ilin birinci rübü ərzində rabitə və informasiya xidməti sahəsində baş verən zədələnmələr vaxtında araşdırılaraq aradan qaldırılmış, 10 ədəd telefon çəkilişi aparılmış, yararsız vəziyyətdə olan abunəçi xətləri yenisi ilə əvəz edilmiş, mərkəzdə və kəndlərdə yararsız vəziyyətdə olan 74 ədəd dirək düzəldilərək normaya gətirilmiş və 11 ədədi yeni dirəklə əvəzləşdirilmişdir.
Mərkəzi EATS-dən 3 saylı paylayıcı şkafa qədər 310 metr məsafədə FO 24 kabeli, rayon mərkəzindən mehmanxana istiqamətində xətt şəbəkəsi yenidən qurulmuş, 130 metr məsafəyə yeni TPP 20x2 kabeli quraşdırılmışdır.
“Şimal” RETSİ-nin Xızı Şəbəkə sahəsinin rayon mərkəzində yeni inşa olunmuş binası telefonlaşdırılmışdır. Rayon üzrə 574 nəfər genişzolaqlı internet xidmətindən istifadə edir.Altıağac qəsəbə EATS-in krosu dəyişdirilərək yeni reqletlərlə əvəz olunmuşdur.
2015-2016-cı dərs ilində Xızı rayonunda 8 tam orta, 6 ümumi orta, 1 ibtidai məktəb, 1 Uşaq Gənclər İdman məktəbi, 1 Uşaq Gənclər Şahmat məktəbi, 1 Uşaq Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Rayonun ümumtəhsil məktəblərində 2136 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 240 müəllim məşğul olur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə əlaqədar ”Fəaliyyət Planı”nı təsdiq etməsi bu sahədə görüləcək işləri konkretləşdirmiş və praktik əməli addımlar atılmasına yönəltmişdir.Artıq Təhsil İslahatı Proqramının həyata keçirilməsi ilə əlaqədar I-VIII siniflərdə dərslər “Milli kurikulum” əsasında tədris olunur.Bu məqsədlə kurikulum tədris olunan siniflərdə dərs deyəcək müəllimlər Təhsil Nazirliyinin xətti ilə təşkil edilmiş öyrədici kurslarda iştirak etmiş, 39 nəfər müəllim serfikat almışdır. 2016-cı ilin yanvar-mart ayları ərzində Təhsil şöbəsinin məsləhətçi və metodistləri ümumtəhsil məktəblərinin I-VIII siniflərində dərs deyən müəllimlərlə müntəzəm əlaqə saxlayaraq onlara metodiki vəsaitlərin vaxtında çatdırılmasını təmin etmiş və lazımı metodiki tövsiyələr vermişlər.
2015-2016-cı dərs ilində də Təhsil şöbəsi rayonun ümumi təhsil müəssisələrində maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində görülən işlər davam etdirilmişdir. Belə ki, ehtiyacı nəzərə alaraq məktəblərə müxtəlif inventar və İKT avadanlıqları verilmişdir.
İstedadlı şagirdlərin üzə çıxarılmasında fənn müsabiqələrinin, fənn olimpiadalarınım böyük əhəmiyyəti vardır.Təhsil Nazirliyi tərəfindən VII-VIII sinif şagirdləri arasında keçirilən fənn müsabiqələrinin III turu yanvar ayında Giləzi qəsəbə tam orta məktəbində təşkil edilmişdir.Bu müsabiqənin yekunlarına görə rayonun 7 şagirdi daha yüksək nəticə göstərərək növbəti mərhələdə iştirak etmək hüququ qazanmışlar.Təhsil Nazirliyinin təşkilatçılığı ilə IX-XI sinif şagirdləri arasında keçirilən fənn olimpiadalarının rayon turu 2016-cı ilin yanvar ayında Giləzi qəsəbə tam orta məktəbində keçirilmişdir.Olimpiadanın yekun nəticələrinə görə 8 şagird Sumqayıt şəhərində keçirilən respublikanın yarımfinal mərhələsində iştirak etmişlər.Daha yüksək nəticə göstərmiş Sitalçay kənd tam orta məktəbinin X sinif şagirdi Əliyeva Naznaz Əli qızı tarix fənni üzrə fənn olimpiadalarının respublika turunda iştirak hüququ qazanmışdır.
Şagirdlərin yazılı nitqini, bədii dilini inkişaf etdirmək üçün yuxarı sinif şagirdləri arasında inşa yazılarının aparılmasınım əhəmiyyəti böyükdür.Bu məqsədlə Təhsil şöbəsi həm rayon, həm də respublika səviyyəsində yuxarı sinif şagirdləri arasında vaxtaşırı inşa müsabiqəsinin keçirilməsini təşkil etmişdir.Belə ki,Təhsil Nazirliyinin xətti ilə IX-XI sinif şagirdlərinin iştirakı ilə “Milli-mənəvi dəyərlər haqqında düşüncələrim” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin respublika turunda Şuraabad qəsəbə tam orta məktəbinin X sinif şagirdi Bayramova Səidə Rahim qızı III dərəcəli diplomla təltif edilmişdir.Həmçinin yanvar ayı ərzində rayonun ümumtəhsil məktəblərində “20 Yanvar” faciəsinin 26-cı ildönümünə həsr edilmiş “20 Yanvar-qan yaddaşımızdır”, ”Şəhidlər ölmürlər” mövzularında inşa yazı müsabiqələri keçirilmişdir. 2016-cı ilin fevral ayının 13-də “Xocalı soyqrımı”nın 24-cü ildönümünə həsr edilmiş inşa yazı müsabiqəsi Şuraabad qəsəbə tam orta məktəbində təşkil olunmuşdur. Müsabiqənin yekunlarına görə Yeni-Yaşma kənd tam orta məktəbinin IX sinif şagirdi Kənan Quliyev I, Altıağac qəsəbə tam orta məktəbinin IX sinif şagirdi Jalə Ağahüseynova II, Giləzi qəsəbə tam orta məktəbinin VIII sinif şagirdi Ləman Qafarova III yeri tutmuşlar.Qaliblər Təhsil şöbəsinin fəxri fərmanları ilə təltif edilmişlər. ”20 Yanvar” faciəsinin 26-cı ildönümü ilə əlaqədar Təhsil şöbəsi tərəfindən hazırlanmış Tədbirlər planına əasaən bir sıra idman yarışları, müsabiqələr, bədii qiraət gecələri keçirilmişdir. Belə ki, UGİM-də yanvarın 18-də sərbəst güləş üzrə rayon birinciliyi keçirilmiş,birincilikdə öz çəki dərəcələrində qalib olmuş idmançılar fəxri diplomla təltif edilmişlər.
Fevral ayında şahmat üzrə zona birinciliyində iştirak edən UGŞM-nin şahmatçısı İsmayılov Rəşad I yeri tutmuş,yarışda iştirak edən 12 komanda arasında Xızı komandası beşinci yerə layiq görülmüşdür.
Təhsil şöbəsi idmanın kütləvililiyinə nail olmaq üçün xeyli iş görmüşdür.2015-2016-cı dərs ilində də ayrı-ayrı məktəblərdə idman meydançalarının yaradılması, onların bəzi idman avadanlıqları ilə təmin edilməsi davam etdirilir.
Rayon üzrə əhaliyə xidmət 12 tibb müəssisəsi, o cümlədən Xızı Rayon Mərkəzi Xəstəxanası, 6 həkim məntəqəsi, 5 tibb məntəqəsi vasitəsilə göstərilir. Rayonda çalışan həkimlərin sayı 27, orta tibb işçilərinin sayı 57, vakansiyaların sayı isə 31, o cümlədən həkimlər -13, orta tibb işçilərinin sayı -18 olaraq qalmaqdadır. Rayonda əhaliyə ambulator, stasionar və təcili yardım xidmətləri göstərilir.
Dövlət başçısının tapşırığına əsasən 15 fevral 2016-cı ildən əhali arasında profilaktik baxışlardan keçən insanların sayı 4990 nəfər olmuşdur. Müayinələr zamanı aşkar olunan xəstələrin sayı -507, onlardan ambulator müalicələrə cəlb olunanların sayı -468, ixtisaslaşmış xəstəxanalara və Elmi Tədqiqat İnstitutlarına göndərilənlərin sayı -12, stasionar müalicələrə cəlb olunanların sayı-27 olmuşdur. Aparılan köməkçi müayinələrin sayı cəmi-1017 o cümlədən, Laborator – 538, USM – 240, Flüoqrafiya – 176, EKQ -63
İlkin dispanser nəzarətinə götürülənlərin sayı-60 nəfər, o cümlədən böyüklər -47 və uşaqlar 13 nəfərdir. 47 nəfər böyüklərdən ilkin dispanser nəzarətinə götürülənlərdən nevroloji - 2, endokrinoloji -2, vərəm -5, terapevtik -12, cərrahi -2, ginekoloji -15, oftalmoloji -9. Aşkar olunan xəstələrdən –5 vərəmli xəstə və 2 şəkərli diabet xəstələri dispanser nəzarətinə götürülərək, onları lazımı dərmanlarla təmin etmək məsələsi həlli üzrə vərəm və endokrinoloji kabinetlərə tapşırıqlar verilmişdir.
Uşaqlar arasında cəmi - 13 nəfər ilkin dispanser nəzarətinə götürülmüşdür. Onlardan dəri xəstəliyi ilə - 1, sidik cinsiyyət sistemi xəstəliyi ilə - 4, göz xəstəliyi ilə -2, sümük- əzələ sistemi xəstəlikləri üzrə -3 və endokrinoloji xəstəliklər üzrə - 3 nəfər təşkil etmişdir. Profilaktik peyvəndlər qrafik üzrə olunur və 3 ay ərzində -99,1% təşkil etmişdir.
Rüb ərzində vərəm xəstələrinin sayı cəmi 78, şəkərli diabet xəstələrinin cəmi sayı 184 nəfərdir. Xroniki böyrək çatmaması ilə -5 nəfər qeydiyyatdadır və onlardan 4 nəfər hemodializ alır. Talassemiyalı xəstələrin sayı –10-dur.
3 ay ərzində travmaların sayı -5 nəfər olmuşdur, onlardan yol nəqliyyat qəzası ilə -2 nəfər olmuşdur. Travma nəticəsində ölən olmayıb. 3 ay ərzində yeni ilkin əlillik təyin olunan xəstələrin sayı -5 nəfər, onlardan uşaqlar -1 nəfər olmuşdur.
Digər 4 nəfərə II qrup əlillik təyin olnumuşdur. 3 ay ərzində antirabik kabinetinə it dişləmələrinə görə müraciət edənlərin sayı -12 və onların hamısına antirabik vaksinlər vurularaq lazımı köməkliklər göstərilmişdir.
Yenitörəmələrin sayı -32 nəfərdir və 3 ay ərzində yeni qeydiyyata götürülənlərin sayı -2, ölənlərin sayı -3 olmuşdur. 3 ay ərzində infeksion xəstəliklərin sayı -12 nəfər və hamısı uşaqlar olmaqla, naməlum etiologiyalı bağırsaq infeksiyası diaqnozu ilə Sumqayıt şəhər uşaq infeksion xəstəxanasında stasionar müalicə almışlar.
Xızı rayonu üzrə 2016-cı ilin birinci rübü ərzində 12 nəfər çağırış yaşına çatmış gənc hərbi xidmətə yola salınmış və çağırış planı 100 % yerinə yetirilmişdir.
2016-cı ilin birinci rübündə Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatına ümumilikdə 43 vətəndaş müraciəti daxil olmuşdur ki, bundan 40-ı ərizə, 3-ü şikayətdir. Daxil olan müraciətlərdən 9-u, o cümlədən nəzarətlə 1-i Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 2-i Azərbaycan Respublikasının Milli Məclisindən, 1-i Azərbaycan Respublikasının Nazirlər Kabinetindən, 5-i Respublikanın digər təşkilatlarından daxil olan, 26-ı isə bilavasitə Xızı Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətlərdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə şikayətlərin sayı 3 vahid, müraciətlərin ümumi sayı 3 vahid, nəzarətlə daxil olmuş müraciətlərin sayı 2 vahid azalmışdır.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, Azərbaycan Respublikasının Milli Məclisindən və Azərbaycan Respublikasının Nazirlər Kabinetindən daxil olan vətəndaş müraciətlərinə xüsusi nəzarətlə baxılmış, müraciətin baxılması dövlət hakimiyyəti orqanı tərəfindən nəzarətdə saxlanıldıqda (Yuxarı təşkilatlara) dövlət hakimiyyəti orqanına məlumat verilməsi təmin olunmuşdur. Daxil olan hər bir müraciətə qanunla müəyyən edilmiş müddətdə və formada baxılaraq müraciət sahiblərinə rəsmi cavablar verilmişdir.
Hesabat dövrü ərzində 24 nəfər Rayon İcra Hakimiyyəti başçısının aparatında qəbul edilmiş, yerlərdə 9 səyyar görüş-qəbul keçirilmişdir ki, qəbullarda iştirak edən 365 nəfər sakindən RİH başçısına müraciət edənlərin sayı 13 nəfər olmuşdur.
İlin sonuna qədər ölkə qarşısında duran bütün vəzifələrin icra ediləcəyinə, Azərbaycanın uğurlu inkişaf yoluna davam edəcəyinə şübhə etmədiyini bir daha qeyd edən ölkə başçımız, qarşıda duran növbəti vəzifələri aqçıqlamışdır. Bu vəzifələri diqqətinizə çatdırıram:
1.İlk növbədə ordu quruculuğuna daha da böyük diqqətin göstərilməsi, ordumuzun maddi–texniki bazasının möhkəmləndirilməsi.
2.İqtisadiyyatın daha da sürətlə inkişaf etdirilməsi, investisiyaların təşviqi, qoyulacaq sərmayələrin həcminin artırılması
3. Bank sektorunun möhkəmlənməsi və sağlamlaşdırılması prosesinin davam etdirilməsi
4. Qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi.
5. Yerlərdə sahibkarlara tam şərait yaradılması, yeni iş yerlərinin, yeni istehsal sahələrinin, ixracyönümlü istehsal sahələrinin yaradılması.
6. Hər bir rayonda sənaye zonalarının yaradılması.
7. İstifadəsiz torpaq sahələrinin araşdırılması, torpaqları əldə edən, ancaq uzun müddətdir ki, ondan istifadə etməyən şəxslərə qarşı müəyyən mexanizmlərin tətbiq edilməsi.
8. Sosial mənzillərin tikintisi prosesinə yaxın zamanlarda başlanılması. Regionlarda işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həll edilməsi.
9. İnsanlarda ələbaxımlıq meyillərini aradan qaldırmaq üçün ünvanlı dövlət sosial yardımına ayrılan vəsaitlərin tədricən haqqı ödənilən ictimai işlərə yönəldilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi.
10. İnfrastruktur layihələrinin icrasının davam etdirilməsi, qazlaşdırma, elektrik təchizatı, su təminatı, kənd yollarının tikintisi. Ümumiyyətlə, inşaat sektorunun canlandırılması.
11. Ekoloji tədbirlərin davam etdirilməsi.
12. Kənd təsərrüfatının inkişafının və ərzaq təhlükəsizliyinin prioritet olaraq saxlanılması, kənd təsərrüfatı məhsullarının ixracının daha da sürətləndirilməsi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşımızda qoyulan bütün bu vəzifələrin icra edilməsi üçün bu il hər birimiz gərgin işləməliyik. Çalışmalıyıq ki, rayonumuzun iqtisadiyyatını inkişaf etdirərək Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfəmizi verək və sakinlərimizin daha da yaxşı yaşamasını təmin edək.