Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Xızı rayonunda vətəndaşlarla görüşü.
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Xızı rayonunda bu rayonun və Abşeron, Qubadlı rayonlarının, Sumqayıt şəhərinin sakinlərini fərdi qaydada qəbul edib.
Əsasən məşğulluğun təminatı, əmək hüquqlarının müdafiəsi, pensiya təminatı, mənzillə təmin olunma, bərpa müalicəsinə köməklik göstərilməsi və s. məsələləri əhatə edən müraciətlər nazirliyin aidiyyəti məsul şəxslərinin iştirakı ilə obyektiv şəkildə araşdırılıb. Vətəndaşların bir hissəsinin müraciətlərində qaldırdıqları məsələlərin həlli təmin olunub. İş yerləri ilə təmin edilmək üçün müraciət edən şəxslərə yaşadıqları ərazi üzrə boş (vakant) iş yerlərinə göndərişlər verilib, bir sıra şəxslərin nazirliyin bərpa müəssisələrində bərpa müalicəsinə cəlb edilməsi, ayrı-ayrı vətəndaşların əmək hüquqlarının təmin olunma vəziyyətinin araşdırılması tapşırılıb. Digər müraciətlərlə bağlı vətəndaşlara hüquqi izahatlar verilib.