Şriftin ölçüsü :

Saytın rəngi :

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi

01 iyul 2016 | 16:00

“Türkiyə Universitetləri  Məzunları” İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 1 iyul 2016-cı il tarixində “Azərbaycan multikulturalizminin  region gəncləri arasında təbliği mövzusunda Xızı  rayon Mərkəzi Kitabxanasının binasında rayonun fəal gənclərinin iştirakı ilə tədbir keçirmişdir.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə şəhid omuş qəhrəman oğullarımızın və iyunun 28-də Türkiyənin İstanbul şəhərində baş vermiş dəhşətli terror aktı nəticəsində dünyasını dəyişmiş günahsız insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə  vətəndaş cəmiyyəti institutları tərəfindən Azərbaycanda multikulturalizmin və tolerantlığının təbliği istiqamətində görülən işlərdən, gəncləri yad və radikal sektaların təsirindən qorumağın  cəmiyyətin qarşısında dayanan basilica vəzifə olmasından , yad ideologiyaların ölkəmizə ayaq açmasının qarşısının alınmasından danışılmışdır.

Keçidlər