Şriftin ölçüsü :

Saytın rəngi :

Ombudsman Xızı şəhərində ictimai dinləmə keçirmişdir

08 iyul 2016 | 16:00

Ombudsman Xızı şəhərində ictimai dinləmə keçirmişdir

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) müvafiq bəndlərinin icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı Ombudsman Elmira xanım Süleymanova 8 iyul 2016 –cı il tarixində Xızı ictimaiyyəti ilə görüşmüşdür.  İlk olaraq Müvəkkil və rayon rəhbərliyi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş və önünə tər çiçəklər qoymuşlar.
Geniş ictimaiyyətin, yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanlarının, müxtəlif dövlət qurumlarının, bələdiyyələrin, yerli icmaların,  KİV təmsilçilərinin,habelə əhalinin müxtəlif qruplarının, gənclərin, qadınların, ağsaqqalların, rayon ziyalılarının iştirakı ilə keçirilən bu görüş qarşıda duran və həllini gözləyən məsələlərin aidiyyəti qurumlarla müzakirəsi, həyata keçirilməsi və səmərəli əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Keçidlər