Xızı şəhərində “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar-treninq keçirilib.
30 sentyabr 2016 | 16:00
Sentyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Xızı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xızı şəhərində “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar-treninq keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat kollektivləri, yuxarı sinif şagirdləri iştirak edirdilər.
Seminarda dini radikalizm və ekstremizmlə mübarizədə milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, eləcə də ənənəvi İslamın dirçəldilməsi ətrafında geniş söhbətlər aparılıb.