Şriftin ölçüsü :

Saytın rəngi :

18 oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 25-ci il dönümü

18 oktyabr 2016 | 16:00

18.10.2016-cı il tarixdə Xızı rayonunda “ Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 25-ci il dönümü ”nə həsr edilmiş  tədbir keçirilib.
     Tədbirdə çıxış edən Rayon icra hakimiyyətinin başçısının müavini Azər Əlizadə bü günün tarixi barədə məlumat verib. Bildirib  ki, Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra əldə edib. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana iqtisadi inkişaf, siyasi sabitlik gətirib. Məhz buna görə də Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçiliyində müstəsna yeri var və haqlı olaraq tariximizə müstəqil Azərbaycanın banisi və qurucusu kimi həkk olunub.
     Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tünzalə İmranova, Türkoba kənd məktəbin direktoru Zaur Zeynallı, Xızı şəhər tam orta məktəbinin müəllimi Tural Fərəcov Ümummilli lider Heydər Əliyevin cəmiyyətin həyatına nüfuz edən müdrik, proqmatik siyasətindən, ümumdünya diplomatiyası qarşısındakı misilsiz xidmətlərindən danışıblar. Qeyd olunub ki, ölkəmizin yüksək iqtisadi inkişaf tempi ilə irəliləməsi məhz Heydər Əliyevin  əməyinin nəticəsidir. Əsası ulu öndər tərəfindən qoyulan bu siyasət bu gün dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Keçidlər