16 Noyabr - Tolerantlıq günü
08.11.2016-cı il tarixində Bilik Fondu, BBMM, AMEA və Xızı rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “16 Noyabr - Tolerantlıq günü ilə əlaqədar Azərbaycan Tolerantlıq Məskənidir" mövzusunda tədbir keçirildi.
Tədbirdə Xızı rayon icra hakimiyyətinin kollektivi, AMEA-nın Fəlsəfə institutunun f.ü.f.d. - Rövşən Hacıyev , həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Xızı rayon icra hakimiyyəti başçısının müavini-İctimai-siyasi humanitar məslələr şöbəsinin müdiri Jalə Süleymanova bildirib ki,Azərbaycan Multikultural dövlətdir və Multikultiralizm siyasətinin əsası Ulu Öndər tərəfindən qoyulmuşdur və hazırda bu siyasət cənab Prezidentimiz tərəfindən uğurla davam etdirilir.Respublikamızda, o cümlədən Xızıda tarixən müxtəlif millətlərin nümayəndələri birgə yaşayıb, bir-birinin dilinə, dininə, adət-ənənələrinə hörmətlə yanaşıblar. Hazırda rayonda ləzgi, türk, rus, tat, tatar,malakan və digər millətlərin nümayəndələri yaşayır. Rayonun ərazisində yaşayan azsaylı xalqların nümayəndələrinin problemlərinə həssaslıqla yanaşılır və qaldırılan məsələlər tez bir zamanda həllini tapır.
Tədbirdə çıxış edən AMEA Fəlsəfə institutu f.ü.f.d. - Rövşən Hacıyev bildirib ki, Azərbaycanda dövlət-din münasibətlərinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün isə həmin münasibətlər bütün hüquqi dövlətlərdə olduğu kimi, Azərbaycanda da qanunlarla tənzimlənir. Qeyd olunub ki, ölkə əhalisinin böyük əksəriyyəti müsəlman dininə etiqad etsə də digər dinlərin nümayəndələri də vardır və onlar birgə sülh və əminamanlıq şəraitində mehriban yaşayırlar.