Şriftin ölçüsü :

Saytın rəngi :

"5 Mart - Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə idman ictimaiyyəti ilə görüş keçirilib.

05 mart 2026 | 15:48

   05 mart 2026-cı il tarixində Xızı Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə  "5 Mart - Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə Giləzi qəsəbə tam orta məktəbində idman ictimaiyyəti ilə görüş keçirilib.

    Tədbirdən öncə Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

    Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirib, Ulu Öndər Heydər Əliyevin, ərazi bütövlüyümüz və suverenliyimiz uğurunda canını fəda edən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

   Tədbiri giriş sözü ilə  Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Abdulla Hüseynov  açaraq bildirib ki, dövlətimiz idmanın inkişafına böyük diqqət və qayğı göstərir. Ölkəmizdə  idman infrastrukturu genişlənir, yeni idman kompleksləri tikili, gənclərin idmana marağı artırılır. Bunun nəticəsidir ki, idmançılarımız beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edir, bayrağımızı yüksəklərə qaldırır və himnimizi səsləndirirlər.

    Daha sonra çıxışçılar görüş iştirakçılarını "5 Mart-Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.Daha sonra rayonun idman həyatında fəal iştirak edən məşqçi, müəllim və idmançılar Fəxri Fərmanlarla  təltif olunublar.

    Sonda idman ictimaiyyətinin nümayəndələri ilə birgə xatirə şəkli çəkilib.

Keçidlər