Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirildi

20 yanvar 2017 | 16:00

      Azərbaycan xalqının qan yaddaşına qəhrəmanlıq günü kimi əbədi həkk olunan 20 Yanvar faciəsinin 27-ci ildönümü Xızı rayonunda  böyük izdihamla qeyd olunub. Rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanov, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri səhər saatlarında Xızı rayonundakı Şəhidlər abidə kompleksini ziyarət ediblər.
     Şəhidlərin xatirəsinə salınmış Şəhidlər abidə kompleksinin üzərinə gül dəstələrinin qoyulması ilə başlayan anım mərasimində faciə qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

     20 Yanvar hadisəsi  xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu  qarşısına silahsız,  əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olublar. Bu faciəyə ilk hüquqi qiyməti Ulu öndər Heydər Əliyev verib. Onun səyləri ilə faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunublar. Ulu öndərin siyasi hakimiyyətə yenidən qayıdışından sonra 1993-cü ildə 20 Yanvar faciəsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atılıb. Bu faciəyə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib. Bu gündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün şəhid ailələrinin problemlərini daim diqqətdə saxlayır və bunun üçün məqsədyönlü tədbirlər həyata keçirir.

 

 

Allah Bütün Şəhidlərimizə Rəhmət Eləsin!

Keçidlər